Almanı vaxtsız yemək zərərli ola bilər.

Foodinfo.az xəbər verir ki, bu meyvədən maksimum yararlanmaq üçün gün ərzində qəlyanaltı kimi yemək daha yaxşıdır.

Mədə turşuluğu yüksəkdirsə, alma əsas yeməkdən 30-60 dəqiqə sonra yeyilməlidir, azdırsa - yarım saat əvvəl.

Səhər və axşam da alma yeyə bilərsiniz, lakin bəzi məqamlar var.

Yüksək turşuluq, qastrit, xora və ya öd daşı xəstəliyi zamanı almanı səhər acqarına yemək olmaz.

Axşam saatlarında alma yeməyi sevənlər isə nəzərə almalıdırlar ki, bu meyvə köp yarada bilər və sidikqovucu təsirə malikdir.