Noyabrda yay vaxtının bitməyi orqanizmə mənfi təsir göstərir. Günəşin isti şüaları azaldıqca bədəndə baş verən dəyişiklik sağlamlığa tədir edir.

İmmuneti zəif olan insanlar isə fəsil dəyişkənliyini xüsusilə çətin keçirir.

Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, Çikaqodakı Şimal-Qərb Tibb Klinikasının yuxu üzrə tədqiqatçısı Dr. Fillis Zi vaxtında yatmağın immun sistemimizin formalaşmağında çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Gündüzlərin qısalması, gecələrin uzanması orqanizmdə və zehində çətin qavranır, buna görə də nizamsız və ya 8 saat gecə yuxusunda olmayanlar daimi olaraq müxtəlif infeksion və psixi xəstəliklərə tutulur, deyə alim bildirir.

Alim fəsil dəyişkənliyində havanın isti və ya soyuqluğundan asılı olmayaraq, səhər yuxudan duran kimi pəncərələri açıb, evi havalandırmağı və ya gəzintiyə çıxmağı məsləhət görür. Açıq havada nə qədər çox olsanız, bir o qədər yeni fəslə alışacaqsınız, əsəb sisteminiz nimzalanacaq və yuxu rejiminiz bərpa olunacaq, deyə alim məsləhət görüb.

Eyni zamanda Dr. Fillis Zi yatmadan əvvəl yemək yeməməyi, su içməməyi və orqanizmi yuxuya alışdırmaq üçün meditasiya edib, ya da kitab oxumağı tövsiyə edib.