Şorabalar yalnız dadlı deyil, həm də sağlamlıq üçün bir sıra faydalar təmin edir. Foodinfo.az xəbər verir ki, şorabanın tərkibindəki duz və digər minerallar orqanizmin maye və elektrolit balansını qorumağa kömək edir. 

Xüsusilə, şorabalar tərkibindəki təbii probiyotiklərlə bağırsaq sağlamlığı üçün faydalıdır. Şorabada fermentasiya prosesi zamanı yaranan probiyotik bakteriyalar həzm sistemini dəstəkləyir, yaxşı bakteriyaların artmasına kömək edir və immuniteti gücləndirir.

Şorabalar tərkibindəki turşular və təbii antioksidantlarla bədənin toksinləri atmasına dəstək olur. Şalğam, xiyar, kələm və digər tərəvəzlərin şorabasının tərkibində C vitamini, K vitamini və kalium kimi vacib qida maddələri var. Bu maddələr iltihabı azaltmağa və ürək-damar sağlamlığını qorumağa kömək edir.

Ancaq şorabalar çox duz ehtiva etdiyi üçün yüksək təzyiq və böyrək problemi olanlar üçün diqqətli istehlak edilməlidir. Həddindən artıq duz bədəndə maye yığılmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Buna görə, şorabaları balanslı miqdarda istehlak etmək və ev şəraitində təbii üsullarla hazırlamaq daha faydalıdır.