Civə zəhərlənməsi bədənə yüksək miqdarda civə daxil olması nəticəsində baş verən təhlükəli vəziyyətdir. Foodinfo.az xəbər verir ki, əsasən dəniz məhsulları (xüsusilə ton balığı və qılınc balığı), çirklənmiş hava və torpaq vasitəsilə insan orqanizminə daxil olur.
Civə sinir sisteminə, beyinə, böyrəklərə və qaraciyərə zərər verə bilər. Xüsusilə hamilə qadınlar və uşaqlar civə təsirinə qarşı həssasdırlar, çünki civə sinir sisteminin inkişafını pozur və kognitiv funksiyalara mənfi təsir göstərir.
Civə zəhərlənməsi əlamətləri arasında əl titrəmələri, yaddaş zəifliyi, görmə və eşitmə problemləri yer alır.
Zəhərlənmədən qorunmaq üçün balıq qəbuluna nəzarət edilməli və yüksək civəli məhsullardan uzaq durulmalıdır.