“COP29 iqlim dəyişikliyi reallıqlarına cavab tapmaq baxımından çox vacib tədbirdir”.
Bunu AZƏRTAC-a müsahibəsində Zimbabvenin sabiq energetika və enerji inkişafı naziri Maykl Rueben Nyambuya deyib. O qeyd edib ki, hələ də bu istiqamətdə yerinə yetirilməyən bir çox öhdəlik var: “Beləliklə, COP29 iqlim təsirlərini yumşaltmaq və uyğunlaşmaq, eləcə də zərərə nəzarət etmək üçün bir növ fürsətdir.
Ekoloji problemlər dünyada çoxdan bəri iqlim dəyişikliyi reallığından kənara çıxıb və ətraf mühitə böyük ziyan dəyib. Biz Cənubi Afrika və Zimbabvedə şahidi olduğumuz iqlim dəyişikliyinin, xüsusilə quraqlığın gətirdiyi qida çatışmazlığının ağır nəticələrindən, həmçinin insanların ölümünə səbəb olan daşqınlardan əziyyət çəkirik.
Burada xüsusilə COP29 təşkilatçılığı ilə bağlı danışmaq istəyirəm. Təşkilatçılıq möhtəşəmdir”.