SM Klinikasının endokrinoloqu Yekaterina Kazaçkova stress zamanı yaranan kortizolun səviyyəsini azaltmağa kömək edən məhsullardan danışıb.
Foodinfo.az ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, kakao və şokolad antioksidantlarla zəngin olduğu üçün kortizol səviyyəsini azaltmağa kömək edir.
Qızılbalıq, sardina və skumbriyada omeqa-3 yağ turşuları, ispanaq və digər göyərtilərdə isə sinir sistemini sakitləşdirən maqnezium var.
Həkim əlavə edib ki, göyərti oksidləşdirici stresslə mübarizə aparmağa kömək edir, qoz-fındıq və toxumlarda isə böyrəküstü vəzilərin işini tənzimləmək üçün sink var.