Balıq ürək sağlamlığı üçün çox faydalıdır, çünki omega-3 yağ turşuları ilə zəngindir. 

Foodinfo.az xəbər verir ki, həftədə iki dəfə balıq yemək ürək-damar xəstəlikləri riskini azaltmağa, qan təzyiqini tənzimləməyə və ürək ritmini sabitləşdirməyə kömək edə bilər. 

Xüsusilə somon, skumbriya, sardina və ton balığı kimi yağlı balıqlar seçmək daha faydalı hesab olunur.

Balığı qızartmaq yerinə sobada bişirmək, buxarda hazırlamaq və ya qril etmək daha sağlam bir seçimdir.