Hər birini yediyimiz zaman həzm sistemimiz fərqli reaksiyalar verir. Bəzən 4-5 saat boyunca qarnımızda bir ağırlıq hiss edərkən bəzən də yemək yedikdən yarım saat sonra belə yenidən acmış kimi hiss edirik. Məhz bu məqamda yediyimiz yeməklərin özəllikləri və mədəmiz tərəfindən qəbul edilib-edilməmələri kimi məqamlar suala çevrilir. Bəzi qidaların həzm müddəti çox uzun saatlar aldığı halda, bəzilərinki göz açıb qapayıncaya qədər keçib gedir.

Foodinfo.az xəbər verir ki, yavaş həzm olunan yeməklər  qan şəkərinizin asta sürətlə qalxmasına səbəb olur və bir anda bədəni enerji ilə təmin etməz. Bu səbəbdən də bu iki cür qida arasında balansı qorumaq lazımdır. Amma bir məqama diqqət edin: bir çox sağlam qidalanma mütəxəssisinə görə, yavaş həzm olunan qidaların dərhal ardınca sürətlə həzm olunan qidaları qəbul edib, mədəyə ekstra bir yük yükləmək doğru deyil.