Dietoloq, “Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzi” Federal Dövlət Büdcə Qurumunun baş elmi işçisi Yuliya Çexonina sağlam səhər yeməyinin əlamətlərindən danışıb.

Foodinfo.az xəbər verir ki, Çexoninanın sözlərinə görə, oyandıqdan 30 dəqiqə sonra yemək lazımdır. Protein məhsulları faydalı olacaq və səhər yeməyi üçün 15-25 q protein kifayətdir. Bu, bir porsiya ət, bir yumurta, bir fincan yunan qatığı və ya bir porsiya kəsmik ola bilər.

Səhər yeməyinizə təbii taxıl və qurudulmuş alma kimi lif əlavə etməlisiniz. Sıyıq hazırlayarkən şəkəri bal, giləmeyvə və ya quru meyvələrlə əvəz etmək olar.