Cekson Laboratoriyasının (JAX) alimləri pəhrizlərin ömür uzunluğuna və qocalmasına təsirinin yeni aspektlərini aşkar ediblər. Foodinfo.az xəbər verir ki, tədqiqat Nature jurnalında dərc olunub.
Təcrübədə, demək olar ki, min genetik fərqli siçan iştirak edib. Məlum olub ki, daha az kalori qəbulu, aralıq orucla müqayisədə heyvanların ömrünü əhəmiyyətli dərəcədə artırır.
Aşağı kalorili pəhrizlər bədən yağından və qan şəkərinin səviyyəsindən asılı olmayaraq siçanların ömrünü uzadıb. Təəccüblüdür ki, belə məhdudlaşdırıcı pəhrizdə ən az çəki itirən gəmiricilər daha uzun yaşamağa başladılar.
Ümumilikdə, kalori qəbulunun 60%-ni istehlak edən siçanlar orta hesabla 34 ay, libitum pəhrizdə olanlar isə cəmi 25 aya qədər yaşayıblar.