Bir çox dietoloqlar pəhrizinizə xiyar suyunun daxil edilməsini tövsiyə edir. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, ekspertlər qeyd edirlər ki, belə içki yalnız sağlamlığa fayda verəcək və görünüşü yaxşılaşdıracaq.

“Eat This, Not That” qidalanma nəşrinin əməkdaşı Alexa Mellardo bunun həqiqətən belə olub olmadığını yoxlayıb.

Qadın bir ay ərzində xiyar suyu içib və özü üçün dörd müsbət dəyişiklik müəyyən edib. Belə ki, iki həftədən sonra Alexa Mellardonun dərisində sızanaqlar yox olub, əlavə olaraq, şişkinliyi azalıb, daha çox maye içməyə başlayıb..

Bununla belə, Alice Mellardo belə bir içkinin bir çatışmazlığını qeyd edib. O, xiyarın sidikqovucu xüsusiyyətə malik olduğunu, buna görə də tualetə getmək istəyinin çox tez-tez olduğunu qeyd edib.