Qidalanma mütəxəssisi və fitnes məşqçisi Kseniya Kurmançuk bildirib ki, payızda immunitet sistemini gücləndirmək üçün pəhrizdə göyərti, tərəvəz və meyvələrin miqdarını artırmaq lazımdır.

Fooinfo.az xəbər verir ki, o, bu barədə Qazeta.Ru-ya müsahibəsində tövsiyə edib.

Qeyd edib ki, fəsil dəyişikliyi zamanı xəstələnməmək üçün mədə-bağırsaq traktına faydalı olan C vitamini ilə zəngin olan duzlu kələm və sitrus meyvələri yemək lazımdır.

Mütəxəssis həmçinin mühüm mikroelementləri ehtiva edən mövsümi qidaları daha çox qəbul etməyi məsləhət görüb: təzə bal, zoğal, balqabaq, çuğundur, yerkökü, alma və armud bura daxildir.

Hava istiliyinin aşağı düşdüyü dövrdə menyuya isti yeməklər - şorbalar, bişmiş tərəvəzlər, isti salatlar daxil edə bilərsiniz.