Rosbiotex Universitetinin biotexnologiyası və bioüzvi sintez məhsullarının texnologiyası kafedrasının müdiri Dmitri Kulikov uzunmüddətli dondurmanın ət məhsullarının faydalı xüsusiyyətlərinə necə təsir etməsindən danışıb.

Ekspertin RİA Novosti agentliyinə müsahibəsində qeyd etdiyi kimi, dondurulmuş ətin uzun müddət saxlanması vacib vitaminlərin konsentrasiyasını azaldır. Bir il saxlama müddətində bu qida maddələrinin tərkibi təxminən 20% azalır və 5-10 il saxlanılan dondurulmuş ətdə vitaminlərin konsentrasiyası təzə məhsulda olduğundan yarıya qədər ola bilər.