Endokrinoloq Aleksey Kalinçev izah edir ki, şirniyyata olan ehtiras yemək pozğunluğu ilə əlaqəlidir. Foodinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, şirniyyata olan həvəsdən xilas olmaq üçün həkim balanslaşdırılmış pəhrizə keçməyi, şəkərin miqdarını məhdudlaşdırmağı, zülalları artırmağı, qəlyanaltılardan imtina etməyi, şəkər əvəzedicilərindən istifadə etməyi və fiziki aktivliyi artırmağı tövsiyə edib.

O, həmçinin yemək pozğunluğu səbəbiylə həddindən artıq miqdarda şirniyyat istehlak edən insanların kilo aldığını qeyd edib. Bu zaman onlar adətən psixoloji yardıma ehtiyac duyurlar.