Türkiyədə Bintaş məhəlləsində yaşayan çoban Halil Ergüneşə aid qoyun sürüsündə yeni doğulan çəpiş görənləri heyrətləndirib. Doğulan çəpişin başı olmayıb. Çəpişi əlinə alan çoban gördüklərinə inanmayıb. O, hətta çəpişdən qorxdu]unu deyib: "Gördüklərimə inanmadım, hətta qorxdum da. Başı olmasa da, heyvan yaşayırdı. 10-15 dəqiqə yaşadı və sonra öldü". (Sputnik Azərbaycan)