"Bazarstore" vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, maraqlanan şəxslər iyul ayının 10-a kimi müraciət edə bilərlər. Ümumi məlumatlar ● Ən azı orta təhsilli olmalı; ● Xarici görünüşü yaxşı olmalı; ● Pozitiv və gülərüz olmalı; ● Müştəri və satış fokuslu olmalı; ● İş təcrübəsi olanlara üstünlük verilir. İş haqqında məlumat Satıcı  Vəzifə öhdəlikləri: • Məhsulları vitrinə düzmək, təmizliyinə nəzarət etmək; • Məhsulların etiket və qiymətinin düzgün yerləşdirmək; • Məhsulların son istifadə tarixini yoxlamaq; • Müştəriyə mallar haqqında doğru və dolğun cavab vermək; • Mağaza daxili yaranacaq bütün problemlərdə müştərilərə köməklik etmək. Kassir  Vəzifə öhdəlikləri: ● Məhsulların barkodlarını kassada doğru və diqqətlə oxutmaq; ● Kassanı təmiz saxlamaq; ● Pul hesabatlarının aparılmasında bacarıqlı olmaq; ● Mağaza daxili yaranacaq bütün problemlərdə müştərilərə köməklik etmək. İş şərtləri İş qrafiki:Həftədə bir dəfə istirahət. Müraciət edin!