Dünyada pandemiya qurbanlarının sayı 60 123 nəfərə yüksəlib. Foodinfo.az-ın məlumatına görə, dünyada qeydə alınmış yoluxmaların sayı 1 130 547 nəfərə çatıb. Qeyd edək ki, ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.