Kollagen bədənimizin əsas struktur proteinlərindən biridir və bir çox funksiyaya malikdir. O, əsasən birləşdirici toxumalarda, dəridə, sümükdə və vətərlərdə tapılır. Həmçinin müxtəlif sağlamlıq faydaları var.

Foodinfo.az xəbər verir ki, kollagen dərinin elastikliyini və möhkəmliyini təmin edir. Yaşlandıqca kollejen istehsalı azalır, bu da dəri sallanması və qırışların yaranmasına səbəb ola bilər. Kollagen əlavələri və qidalar dərinin görünüşünü və sağlamlığını dəstəkləməyə kömək edir.

Sümük toxumasında kollagen sümüklərin strukturunu qorumağa kömək edir. Kollagen azaldıqda sümük zəifləyə bilər. Bu səbəbdən kollagenin bədənin normal funksiyalarını davam etdirməsi üçün qida və əlavələrlə təmin edilməsi vacibdir.

Vətərlər və ligamentlər əzələləri və sümükləri birləşdirən bağlardır. Kollagen bu bağların elastikliyini və gücünü təmin edir. Kollagen azaldıqda bu bağlarda ağrı və zədələnmə riski arta bilər.

Oynaqların sərbəst hərəkət etməsi üçün də kollagen əhəmiyyətlidir. O, toxumaların sağlamlığını qorumağa kömək edir, ağrı və sərtliyi azaltmağa yardımçı olur.

Kollagen bədənin təmir prosesində mühüm rol oynayır. Yaralanmalardan sonra toxuma bərpasını təşviq edir və yaraların sağalmasını sürətləndirir.

Kollagen tərkibli qidalar yaşlanma və digər sağlamlıq problemləri ilə mübarizədə kömək edə edir.