Böyük Britaniyadan olan 108 yaşlı Ada Daniel uzun ömür sürməyin sirrini açıqlayıb. Foodinfo.az bildirir ki, bu barədə BBC News xəbər verir.

Qadın 2015-ci ildən İngiltərənin Derbişir əyalətinin Kodnor kəndində qocalar evində yaşayır. Danielin 108-ci doğum günündə qurumun əməkdaşları ona sürpriz etmək qərarına gəliblər. Doğum günündən bir müddət əvvəl onlar sosial şəbəkədə yazı dərc edərək insanları ona 108 ədəd təbrik kartı göndərməyə çağırıblar. 

Böyük Britaniya sakinləri ad günü münasibətilə ona 300-ə yaxın kart və şar göndəriblər.

“Oldest” saytının məlumatına görə, Daniel Böyük Britaniyanın ən yaşlı sakinlərindən biridir. O, yüz yaşlılar siyahısında 65-ci yerdədir.

Nərmin