
Universitet professoru və keçmiş dəniz zabiti Cozef Dituri 93 günü su altında keçirib və cavanlaşıb. Bu barədə “The Daily Mirror” məlumat yayıb.
“Dərin dənizlərin doktoru” ləqəbli professor Dituri yüksək təzyiqin insan orqanizminə təsirini nümayiş etdirməli olan elmi təcrübənin bir hissəsi olaraq suyun altına girib. Dituri Florida ştatının Key Larqo şəhərində doqquz metr dərinlikdə yerləşən "Jülin sualtı iqamətgahı"nda məskunlaşıb.
Təcrübənin 93-cü günündə həkimlər Diturinin yoxlayıb və onun 10 yaş cavanlaşdığını öyrəniblər. Məlum olub ki, onun xromosomların uclarına yapışan DNT ardıcıllığı, yaşla birlikdə qısalsa da, ilk dəfə mart ayında suya girdiyi vaxtdan 20 faiz uzundur.
Nərmin