Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində onlayn formatda ASK üzvləri üçün silsilə təlimlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilən növbəti belə təlimdə AQTİ mütəxəssisi Seymur Qafarov “HACCP prinsipləri” mövzusunda təqdimatla çıxış edib.
Vebinarda qida sahəsində fəaliyyət göstərən müəssisələrdə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər, xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə olan tələblər, düzgün daşınma və saxlanma qaydaları barədə təlim iştirakçılarına məlumat verilib.
Həmçinin texnoloji avadanlıq və inventar ilə təchizata, avadanlığa, inventara olan tələblər, düzgün daşınma və saxlanma qaydaları, bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılmasına dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tədbirdə iştirak edən ASK üzvlərinin sualları cavablandırılıb.