Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində onlayn formatda ASK üzvləri üçün silsilə təlimlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri” mövzusunda vebinar keçiriləcək. Vebinarın 30 mart 2021-ci il, saat 16:00-17:00-da keçirilməsi nəzərdə tutulub.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Seymur Qafarov təlimçi qismində çıxış edəcək. Vebinar "Müəssisədə layihələndirmə, işıqlandırma və havalandırma sisteminə dair tələblər", "Xammalın, hazır qida məhsullarının, taranın, qabların təhlükəsizliyinə və keyfiyyətinə olan tələblər", "Düzgün daşınma və saxlanma qaydaları", "Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması” mövzularını əhatə edəcək.
Seminarda iştirak üçün qeydiyyatdan keçmək və ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə, e-mail ünvanı və əlaqə nömrəsini əlaqələndirici şəxsə (Elmira Balıyeva, e-mail: [email protected], tel: +994 12 465 76 92 / daxili 119) göndərmək mütləqdir. Qeyd edək ki, seminarda iştirak etmək üçün məlumat linki yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.