Alman həkim Tomas Frilinq bağırsaqlar üçün təhlükəli olan qidaları sadalayıb. Onun fikrincə, şəkərlə zəngin qidalardan, qızardılmış və ya hisə verilmiş kolbasalardan, həmçinin marqarin, mayonez və donuz ətindən çəkinməlisiniz. Foodinfo.az xəbər verir ki, həkimin bu tövsiyələri “Focus” nəşrində yayımlanıb. “Səhv qida bağırsaqda zərərli bakteriyaları yayır və bu, zaman keçdikcə onu xəstəliklərə daha həssas edir. Sağlamlığınızı qorumaq üçün əsasən Aralıq dənizi pəhrizi və ya liflə zəngin pəhrizlər saxlayın. Bağırsaq seliyində problem yoxdursa, noxud, mərcimək, paxla və yerkökü kimi məhsulları gündəlik rasiona daxil edin. Bundan əlavə, banan bağırsaqlar üçün faydalıdır. Antiinflamatuar xüsusiyyəti bağırsaqlarda faydalı bakteriyaların inkişafına faydalı təsir göstərir.