1 - 31 may tarixlərində keçirilən Bakı Şopinq festivalı yerli əhali və turistlərə əlverişli fürsətlər təqdim edəcək.
Foodinfo.az xəbər verir ki, bir ay müddətində keçiriləcək festivalda müştərilər bu dəfə Bravo Hipermarketlərdə və Superstorlarda təqdim olunan bütün qeyri-qida məhsullarına xüsusi təkliflərlə əldə edə biləcək.
Müştərilər hər 100 AZN-dən çox alış-veriş zamanı “Cashback” imkanı əldə edə biləcəklər.
Qeyd edək ki, alıcılar Bakı Şopinq festivalı çərçivəsində əsas qiymətdən 11%-dək ödənişi nağd geri almaq fürsətini qazanır.