Bir çox insanlar məhsulların əksəriyyətini soyuducuda saxlayır. Onların fikrinə görə, soyuducuda məhsullar daha təzə qalır və gec xarab olur. Lakin bu belə deyil. Foodinfo.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə bəzi məhsulların soyuducuda saxlanılması əksinə onların yararlıq müddətini və keyfiyyətini azaldır, dadını pisləşdirir. Bu məhsullar arasında: - çörək - qəhvə - şokolad - baban - bitki yağı - bal - soğan və sarımsaq - alma - kivi - xiyar, pomidor - sitrus meyvələri (portağal, mandarin, limon) - balqabaq - ədviyyatlar