Amerika Yuxu Dərnəyinin məlumatına görə, insanın ümumi sağlamlığı yaxşı, rahat gecə yuxusundan asılıdır. Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, “Sleep Foundation-a” əsasən, hər gecə ən azı 7 saat yatmaq lazımdır.
Bəzi tədqiqatlar göstərir ki, çobanyastığı çayı yaşlı və xroniki yuxusuzluğu olan insanlarda ümumi yuxu keyfiyyətini yaxşılaşdırır. Onun yumşaq sakitləşdirici təsiri sinir sistemini sakitləşdirir, stress və narahatlığı azaldır.
Çobanyastığı çayının həzmsizlik və şişkinlik kimi mədə-bağırsaq problemlərini sakitləşdirmək üçün də əla olduğu bilinir. Nəhayət, çobanyastığı iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Yatmadan təxminən 30 dəqiqə əvvəl çobanyastığı çayı için. Beləliklə, bu içkinin sakitləşdirici təsirini hiss edə bilərsiniz.
Leyla