Səyahət mütəxəssisi Kim Henks ağcaqanad və ya başqa həşarat sancması zamanı narahatçılıqdan tez bir zamanda qurtulmağınıza kömək edəcək üsulu açıqlayıb.

Foodinfo.az xəbər verir ki, sizə lazım olan tək şey bir qaşıq və bir az qaynar sudur.

Bir qaşıq götürün və axan qaynar suyun altına qoyun. Qaşığı qızdırmaq lazımdır ki, onu dəriyə sürtmək bir az xoşagəlməz olsun, amma yanmamaq üçün çox isti olması arzuolunan deyil.

Qaşığı qızdırdıqdan sonra təmiz bir dəsmal ilə tez qurudun və sancma yerinə çəkin. Mümkün qədər uzun müddət saxlayın.

Yüksək temperatur qaşınmanı aradan qaldırmağa kömək edir. Bu üsul olduqca sadədir, onu evdə istifadə edə bilərsiniz.

Leyla