Alzheimer xəstəliyinin inkişafı üçün diabet, dislipidemiya və hipertansiyon risk rolunu oynayır.

Foodinfo.az-ın məlumatına görə, lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Alzheimer xəstəliyinin inkişaf riskini artıran digər amillər davamlı olaraq alkoqoldan istifadə və siqaretdir.

Ekspertlərin fikrincə, xəstəliyin 5-15 faizi genetik xarakter daşıyır.

Beynin tez qocalmasının qarşısını almaq üçün qan təzyiqinin səviyyəsinə nəzarət etmək, dəniz məhsulları yemək lazımdır. Elmi işlə və rəqslə çox məşğul olan adamlar bu xəstəliyə nadirən tutulur.