Sukraloza ən çox istifadə edilən dadlandırıcılardan biridir. İstehsal və həzm zamanı sukraloza-6-asetat adlı bir maddə istehsal olunur. Adi şəkərdən 320 ilə 1000 dəfə arasında şirin olan sukraloza heç bir kalori ehtiva etmir. Bu xüsusiyyəti sayəsində pəhrizli (kalorisiz) içkilərdə, saqqızda, şəkərsiz mürəbbələrdə, kofe siroplarında və bir çox souslarda istifadə edilir.

Arıqlamaq istəyənlər arasında son dərəcə populyar olmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda açıqlama vermişdi ki, süni dadlandırıcılar, o cümlədən sukraloza təkcə 2-ci tip diabet və ürək xəstəlikləri üçün deyil, bədən çəkisinə nəzarət etmək üçün də təsirsizdir. riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.

Sukralozun həzmi zamanı əmələ gələn maddə DNT-ni zədələyə bilər

Keçmişdə gəmiricilər üzərində aparılan tədqiqatlar göstərmişdir ki, sukraloza yeyildikdən sonra həzm sistemində bəzi yağda həll olunan birləşmələr əmələ gəlir ki, bunlardan biri sukraloza-6-asetatdır.

Tədqiqatın bir hissəsi olaraq, insan qan hüceyrələri sukraloza-6-asetat ilə birləşdirildi. İnsan bağırsaq toxumaları isə bu birləşməyə məruz qalmış və bağırsaq hüceyrələrinin genetik aktivliyi tədqiq edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, sukraloza-6-asetata məruz qalan hüceyrələrin DNT-si zədələnib. Bu o deməkdir ki, sözügedən maddə genotoksik ola bilər.

Tədqiqatda sukraloza və sukraloza-6-asetata məruz qalan bağırsaq səthini örtən toxumalarda bağırsaq baryerinin bütövlüyünün pozulduğu müşahidə edilib.

Nurlan