İngiltərənin Northamptonshire əyalətinin Vellinqboro şəhərinin sakini 61 yaşlı Kim Starks evində 167 heyvan saxlayıb, qonşularının şikayəti əsasında həbsolunub. Bu barədə “The Mirror” məlumat yayıb.

Fevral ayında polisə qonşulardan Starks haqqında şikayət daxil olub. Onların sözlərinə görə, kişinin evinin yaxınlığında xoşagəlməz qoxu olub, milçəklər çox olub. Polis binaya daxil olduqda, bir-birinin üstünə yığılmış, içərisində heyvanların olduğu çoxlu qəfəslər tapıblar. Kişi evdə 167-dən çox dovşan, dələ, hamster, siçan, qvineya donuzu və quş saxlayıb.

Starks həbs olunub və heyvanlara qarşı amansızlıqda ittiham edilib. O, həmçinin 2000-ci ilin fevralında ona verilmiş heyvan saxlamaq hüququndan ömürlük məhrumetmə haqqında məhkəmə qərarını pozmaqda ittiham olunur.

Fərid