Uzun müddət ekrana baxmaq və yorğunluq göz sağlamlığını zəiflədir. Foodinfo.az bildirir ki, yaşıl çay antioksidantlarla zəngindir və gözləri qoruyur. Çobanyastığı çayı göz ətrafında şişkinliyi azaldır. Kök suyu görmə qabiliyyətini gücləndirən beta-karotinlə doludur.

Qızılgül suyu iltihabı azaldaraq rahatlıq verir. Nanə çayı göz yorğunluğunu aradan qaldırır və baş ağrısını yüngülləşdirir. Zəncəfil çayı qan dövranını yaxşılaşdırıb göz təzyiqini tənzimləyir. Limonlu ilıq su gözaltı qara halqalara faydalıdır. Kəklikotu dəmləməsi antibakterial təsir göstərir.

Alma suyu C vitamini ilə göz sağlamlığını möhkəmləndirir. Gündəlik bu içkiləri qəbul etmək göz yorğunluğuna qarşı faydalıdır. Xüsusən iş saatlarında müntəzəm istifadə tövsiyə olunur.