Dırnaqların tez-tez qırılması və zəifləməsi bəzən bədənin ehtiyac duyduğu vitamin çatışmazlığının xəbərçisidir. Foodinfo.az bildirir ki, xüsusilə B7 (biotin) və D vitamini çatışmazlığı dırnaq strukturunu zəiflədir. Biotin dırnağın möhkəmlənməsi və elastikliyini təmin edir.

D vitamini isə kalsiumun sorulmasını yaxşılaşdıraraq dırnaq sağlamlığını qoruyur. Dəmir əskikliyi dırnaqlarda solğunluq və kövrəklik yaradır. Sink çatışmazlığı dırnaqda ağ ləkələrə və zəifliyə səbəb olur. C vitamini isə kollagen istehsalında iştirak edərək dırnaq yatağını möhkəmləndirir.

Əgər dırnaqlar tez-tez soyulur və qırılırsa, qidalanmaya diqqət yetirmək vacibdir. Tərəvəz, yumurta, balıq və qoz-fındıq bu problemi həll etməyə kömək edir. Multivitamin kompleksləri də faydalı ola bilər. Mütəxəssislər ildə bir neçə dəfə vitamin səviyyəsini yoxlatmağı tövsiyə edir.