
Günəş şüaları D vitamini sintezini təmin edərək sümük sağlamlığını qoruyur. Foodinfo.az bildirir ki, bu vitamin immun sisteminin güclənməsində də əhəmiyyətlidir. Lakin uzun müddət və qorunmadan günəş altında qalmaq dəri xərçəngi riskini artırır.
Həkimlər günorta saatlarında birbaşa günəşdən qaçmağı tövsiyə edir. Səhər saatlarında 15 dəqiqə günəş vannası almaq kifayət sayılır. Günəş eyni zamanda depressiya riskini azaldır və ruh halını yaxşılaşdırır.
Günəş şüalarının gözlərə də zərəri ola bilər. UV filtrləri olmayan eynəklərlə günəşə baxmaq təhlükəlidir. Yay aylarında SPF qoruyucu kremdən istifadə məsləhətdir. D vitamini çatışmazlığı sümük əriməsinə səbəb ola bilər.
Ona görə balanslı şəkildə günəş vannası qəbul etmək vacibdir. Əks halda, dəri problemləri qaçılmaz ola bilər.