ABŞ-ın Nevada ştatında hannibalizmlə tanınan Mormon çəyitkələrinin “işğalı” başlayıb. Bu barədə İnsider xəbər verir.

Mormon çəyitkələrinin hücumu ştatın bir çox sakinini evlərinə qapanmağa məcbur edib. İnsanlar sosial şəbəkələrdə on minlərlə həşəratın evlərin qarşısındakı qazonların üəzrində olduğunu əks etirən foto və videolar yayımlayır. Qeyd edək ki, Mormon çəyitkələrinin (Anabrus simplex) vətəni ABŞ-ın qərbindədir və adını onlarla ilk dəfə qarşılaşan Utah Mormonlarının şərəfinə alıb. Bu böcəklər uça bilmirlər, lakin çoxalma dövründə gündə iki kilometrə qədər məsafə qət edə və əkinlərə ciddi ziyan vura bilərlər. Bitkilərlə yanaşı, qohumları da daxil olmaqla, adamyeyən kimi şöhrət qazandıqları digər həşəratları da yeyirlər.

Nevada ştatında Mormon çəyitkələrinin sonuncu hücumu 2019-cu ildə qeydə alınıb. Güman edilir ki, bu həşəratlar dörd-altı il aktivdirlər, bundan sonra qış yuxusuna gedirlər.

Fərid