Böyük Britaniyada həkim bir il ərzində yetkinlik yaşına çatmayan xəstənin qəhvəsinə sperma qoyduğu üçün məhkəməyə verilib. Bu barədə “The Daily Mirror” məlumat yayıb.

Adı çəkilməyən qız 55 yaşlı doktor Nikolas Con Çapmanın adi pasiyenti olub. O, ilk dəfə 2020-ci ildə təklif etdiyi qəhvənin dadı duzlu olanda qəribə hiss keçirib və içkini töküb. Stəkanın dibində qəribə çöküntü gördükdən sonra  Çapmanın onun üçün hazırladığı içkiləri içməyi dayandırıb.

Yalnız bir il sonra, 2021-ci ildə o, həkimin ona tam olaraq nə içdirməyə çalışdığı ilə maraqlanıb və şalvarının cibində adətən sperma nümunələrinin toplandığı qabı görüb. Zərərçəkmiş polisə müraciət edərək bütün sübutları ekspertlərə təhvil verib.

Chapman cinsi təcavüzdə ittiham olunub lakin özünü təqsirli bilməyib.

Fərid