ABŞ-ın Kolorado ştatında turist evdən qaçan və 5 həftə dağlarda təkbaşına sağ qalan iti xilas edib. Foodinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Rayli adlı doqquz yaşlı it hündür sahibinin həyətindən qaçıb və geri qayıtmayıb. Heyvan sahibi Mayk Kruqman iti təkbaşına tapmağa çalışsa da bir nəticə verməyib. İtkin düşəndən 5 həftə və bir gün sonra sahibinə itin tapıldığı xəbəri verilib.

Məlum olub ki, itin yoxa çıxmasından təxminən bir ay sonra müəyyən dağlarda gəzintiyə çıxan turist uzaqdan zəif bir hürmə səsi eşidib. Səsin ardınca gedən şəxs Raylinin yorğun və ac olduğunu görüb. Kişi iti götürərək dağdan endirib.

Maraqlıdır ki, it dəniz səviyyəsindən 3,7 min metr yüksəkliyə qalxaraq ən azı altı kilometr məsafə qət edib.

Nurlan