Novruz bayramı ilə əlaqədar Masallıda təşkil olunmuş yarmarkada satışa əsasən rayonda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsulları çıxarılıb.
Bayram yarmarkasında kənd təsərrüfatı məhsulları - yerli istehsal olan düyülər, bayram çərəzləri, meyvə, ət, balıq, heyvandarlıq məhsulları alıcılar tərəfindən razılıqla qarşılanıb.
Məhsullar alıcılara 25-30 faiz aşağı qiymətə təklif olunub.
Bayram bazarlığına gələn rayon sakinləri qiymətlərdən, satılan məhsulların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Novruz yarmarkasına gələrək satışa çıxarılan məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.
Yarmarka bayram günlərinədək davam etdiriləcək. (AZƏRTAC)