ABŞ-ın Nyu-Cersi ştatının Old Bric şəhərinin sakinləri meşədə yüzlərlə kiloqram qaynadılmış makaron tapıblar. 

Foodinfo.az xəbər verir ki, qeyri-adi hadisə "New York Post" qəzetinin müxbirinin diqqətini çəkib.

Belə ki, çoxlu miqdarda bişmiş makaron Veteran Parkı yaxınlığındakı yerli meşədə, çayın yaxınlığında tapılıb. Müxtəlif növ makaron yığınları ilə qarşılaşan yerli sakin Nina Yoxnovitz gördüyü mənzərənin fotolarını çəkərək sosial şəbərədə paylaşıb. 

O, makaronların ümumi çəkisinin 220 kiloqramdan çox olduğunu təxmin edib. Fotolar izləyiciləri də çaşqınlığa salıb. Bəziləri makaronların istifadə tarixinin bitdiyini ehtimal ediblər, lakin həqiqətdə kimin və hansı səbəbdən makaronları meşəyə tökdüyü naməlum olaraq qalır.

Məsələ ictimailəşdirildikdən və yerli hökumət orqanlarına müraciət edildikdən sonra kommunal xidmət işçiləri hadisə yerinə gələrək makaronları yığışdırıblar.

Nurlan