Həyatının əksər hissəsində olduqca arıq bədən quruluşuna malik “Amazon”un qurucusu Jeff Bezos yaşı 50-ni keçdikdən sonra məşhur məşqçinin köməyi ilə bodibilderə çevrilib.
Onun bədən quruluşu və həyat tərzi son illərdə böyük dəyişikliklərə məruz qalıb ki, bu da görənləri təəccübləndirib.
Məlumata görə, Bezos kino ulduzlarını çəkilişlərə hazırlaşmağa kömək edən məşqçi Ues Okersonla idman zalında müntəzəm məşq etməyə başladığı üçün belə nəticələr əldə edib. Məlum olub ki, milyarderin nişanlı olduğu sevgilisi Lauren Sançez də onunla birlikdə məşq edir.
Milyarder özü bunu birbaşa təsdiqləməsə də, təkzib də etmir.