Cənubi Afrika ölkələrindən biri olan Namibiya 40 timsahı insanları təhdid etdiyini əsas gətirərək satışa çıxarıb.

Foodinfo.az-ın xəbərinə görə, insanlarla vəhşi heyvanlar arasında qarşıdurmaların azaldılması üçün Zambezi və Kavanqo bölgələrində 40 timsahın satılmasına qərar verilib.

Milli parklardan kənarda yaşamağa başlayan, insanlara və digər heyvanlara zərər verən timsahların uyğun yaşayış şəraiti təmin etməyi öhdəsinə götürən ölkələrə satılacağı söylənilib.

Timsahların lazımi yaşayış mühitinə sahib olması və xəstəlik testlərinin aparılması üçün şərtlərə cavab verən ölkələrə timsahların satılacağı qeyd edilib.

Namibiya hökuməti 2019-cu ildən bəri vəhşi heyvanların hücumlarına görə vətəndaşlarına 2,3 milyon Namibiya dolları (3 milyon lirə) təzminat ödəməli olub.