Braziliyada fermada ön ayaqları olmayan, yeriyə bilməyən, lakin başqa cür hərəkət etməyi öyrənən buzov doğulub. Bu barədə “Daily Star” məlumat yayıb.
Ceara əyalətinin Banabuyu bələdiyyəsində doğulan buzov anası tərəfindən dərhal rədd edilib, lakin bu, onun qüsuruna uyğunlaşmasına və iki əza üzərində hərəkət etməyi öyrənməsinə mane olmayıb. Buzovun foto və videoları dərc edildikdən sonra yerli media onu kenquru ilə müqayisə edib, doğulan kimi arxa ayaqları üstə tullanmağa başlayıb.
Buzovun sahibi, 58 yaşlı fermer Sebastio Firmo heyvanın görünüşündən əvvəlcə qorxsa da, çətinliklərə baxmayaraq, onun yaşamaq istəyinə heyran olub. Hazırda Firmunun ailəsi buzova qulluq edir və onu əmzikdən bəsləyir.
Nurlan