Sağlam yuxunun faydaları haqqında çox şey məlumdur. Bununla belə, alimlər hesab edir ki, yuxu müddətini gündə cəmi bir saat artırmaqla (6,5-dən 7,5 saata qədər) gündəlik kalori qəbulunu 10% azaltmaq olar. Bu şəkildə bir ildə 4 kiloqram çəki azaltmaq mümkündür.

Ehtimal olunur ki, piylənmə epidemiyası cəmiyyətdə son bir neçə onillikdə müşahidə olunan yuxu müddətinin azalması tendensiyası ilə üst-üstə düşür. Məsələn, ABŞ əhalisinin üçdə biri gündə tövsiyə olunan 7-9 saat yatmır.

Qeyd edək ki, indiyə qədər az yuxunun piylənmə üçün risk faktoru olduğu bilinirdi. Bu oyaq saatlarda əlavə qida qəbulu ilə əlaqələndirilirdi.

Nurlan