Bir çoxları səhərlər gümrah oyanmaq əvəzinə, yorğunluq hissi ilə yataqdan qalxırlar.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq Dilyarə Lebedeva öz "Telegram" kanalında bunun səbəblərindən danışıb.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyət mədə-bağırsaq traktının xroniki problemlərindən xəbər verir. Adətən gecə vaxtı şirniyyat yemək və yaxşı yatmamaq yorğunluq hissinə səbəb olur.
Həkim vurğulayıb ki, səhv qidalanma əslində xroniki yorğunluğun yaranmasına birbaşa təsir göstərir. Bundan əlavə, məhz bu səbəbdən səhərlər üzün şişkinlik, qarında köp və artıq çəki müşahidə oluna bilər.
Sözügedən problemlərin qarşısını almaq və səhər enerjisini bərpa etmək üçün həkim gecələr mədəni ağır qida və şirniyyatla yükləməməyi və kifayət qədər yatmağı tövsiyə edib. Bunun üçün isə insan ən azı 8 saat yuxusunu almalıdır.
Fərid