Yeni bir araşdırma beyninizdəki düşüncələrin boyun və bel ağrısına səbəb ola biləcəyini göstərir.

ABŞ-ın Ohayo Dövlət Universiteti və Miçiqan Universitetlərindən bir qrup tədqiqatçı tərəfindən aparılan araşdırmada bir qrup könüllüyə malların daşınmasında yaxşı iş gördükləri bildirildikdən sonra tənqidi rəylər verilib. Tədqiqatçılar müəyyən ediblər ki, nəticədə yaranan psixoloji qarışıqlıq iştirakçıların boyun və bel nahiyələrində təzyiq yaradır.

Tədqiqat hərtərəfli olmasa da, psixososial stresslərin və xüsusilə də idrak dissonansının fiziki sağlamlığa necə zərər verə biləcəyini göstərmək baxımından əhəmiyyətlidir. İş yerinin təhlükəsizliyi kontekstində öyrənilməli olan dərslər də var.

Laboratoriya tədqiqatında iştirak edən 17 könüllüyə onurğa və kürəklərinə nə qədər yük olduğunu ölçən hərəkət sensorları taxaraq, yüngül qutunu xüsusi yerlərə daşımaq tapşırılıb.

Daşıma zamanı könüllülərə arxalarını qorumaq üçün düzgün hərəkət etdikləri bildirilib. Lakin sonradan iştirakçılara verilən rəylər getdikcə mənfi xarakter aldı və onlara tapşırığı zəif yerinə yetirdikləri bildirilib.

İştirakçıların diskomfort ballarını onurğalarında mexaniki yüklərlə müqayisə edən tədqiqatçılar, mənfi rəy səbəbiylə çətinlik çəkən insanların onurğalarında ən yüksək yükün ilkin olaraq bacarıqlı hiss etdikləri vaxtla müqayisədə 10-20% artdığını aşkar etdilər.

Xülasə olaraq, araşdırmada müəyyən edilib ki, təkrarlanan psixososial stresslər onurğa sütununa daha çox stress qoyaraq ağrıya səbəb ola bilər. Tədqiqatçılar bildiriblər ki, müəyyən nəticələrə gəlməzdən əvvəl bu nəticələri daha ətraflı araşdırmaq lazımdır.

Fərid