Tərəvəz suyu sağlam həyat tərzində vacib yer tutur, çünki təbii vitaminlər və minerallarla zəngindir. Foodinfo.az bildirir ki, bu təbii içki orqanizmin detoksifikasiya proseslərini sürətləndirir, hüceyrələri sərbəst radikallardan qoruyur və iltihabi prosesləri zəiflədir. Xüsusilə acqarına içilən bir stəkan tərəvəz suyu qaraciyərin fəaliyyətini aktivləşdirir, bədəndə yığılmış zərərli maddələrin xaric olunmasına kömək edir.

Tərkibindəki yüksək miqdarda kalium, maqnezium və vitaminlər qan təzyiqinin stabilləşməsində mühüm rol oynayır, ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Eyni zamanda, tərəvəz suyu həzm sistemini yaxşılaşdıraraq bağırsaq fəaliyyətini normallaşdırır, qəbizliyin qarşısını alır. Sidik yolları xəstəlikləri riskini azaldır və allergik reaksiyaların müalicəsində də köməkçi olur.

Mütəxəssislər qeyd edir ki, tərəvəz suyunun faydalarını maksimuma çatdırmaq üçün onu təzə və təbii halda, süzülməmiş şəkildə qəbul etmək vacibdir. Həddindən artıq istifadəsi isə bəzi insanlarda mədə turşuluğunu artıraraq narahatlıq yarada bilər. Bu səbəbdən tərəvəz suyu sağlam qidalanmanın tərkib hissəsi olmaqla yanaşı, gündəlik qəbulda miqdarına diqqət yetirilməlidir.