50 yaşdan sonra ürək-damar və qan dövranı problemləri, eləcə də varikozu olan şəxslər tromb əmələ gəlməyə meyilli olur. Həkimlər tromba qarşı müalicə, qan durulducu, damar təmizləyici yaza bilər.
Amma siz trombun sevdiyi qidaları, yeməkləri yeyib, dieta saxlamırsızsa, bu müalicə boşunadır demək olar.
Foodinfo.az Medicina.az-a istinadən tromb yaradan qidaları təqdim edir. Tromba meyilli şəxslər bunlardan uzaq dursa yaxşıdır.
- Çox miqdarda ət, heyvani yağlar, quyruq, qızarmış toyuq, kabab, hisə verilmiş ət, qurumuş ət, kolbasa və s. Xüsusən hər gün və çox miqdarda, bir oturuma yemək elə həmin vaxt trombu tərpədə bilər. Bu qidalar qaraciyər üçün ağırdır. Məhz qaraciyər tromb əmələ gətirən və eləcə onları əridən xüsusi zülalı sintez edir.
- Qəhvə, kofein tərkibli içkilər, energetik içkilər, şokolad – bunlar da tromb əmələ gətirir
- Bədəndə, qarında qaz, köp yaradan qidalar aşağı ətraflarda qan dövranını yavaşıdır. Ona görə köp yaradan qidalar: alma, qara çörək, pivə, kələm, paxlalılar az yeyin
- Vitamin K tromb yaratmaq qabiliyyətinə malikdir. Bu vitamin qaraciyərdə, ispanaqda, kahıda olur. Ona görə bunlardan da uzaq durun.