Dikin Universitetinin alimləri yaxşı yeməyən uşağı qidalandırmağın yolunu tapıblar.  Araşdırma "Appetite" elmi jurnalında dərc olunub.

Sorğuda 1500 ana iştirak edib. Mütəxəssislər müəyyən ediblər ki, uşaqlara psixoloji təzyiq, həmçinin desert və ya oyun qarşılığında yemək tələbi qidalanma davranışının pozulmasına, iştahın azalmasına səbəb olur.

Valideynlərin uşaqları yemək bişirməyə, məhsul almağa cəlb etdiyi, uşağa tox olub-olmaması barədə qərar verməyə icazə verdiyi ailələrdə problemlər daha azdır.

Bundan əlavə, yeməklərin qeyri-adi formada bişirilməsi, müəyyən inqrediyentlərin maskalanması, uşaqların sevdiyi yeməklərin verilməsi də iştahın artmasına səbəb olur.

Nurlan