Zamanda səyahət nəzəriyyəçiləri 1937-ci ildə ABŞ-da çəkilmiş divar rəsmində zamanda səyahətə dair sübutlar tapıblar. Foodinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Massaçusets ştatının Sprinqfild şəhərindəki poçt idarəsinin binasını bəzəyən divar rəsmlərindən birində smartfona bənzər obyekt tapılıb. Rəssam Umberto Romanonun çəkdiyi rəsm, təxminən 1620-ci ildə gələcək şəhərin ərazisinə ingilis kolonistlərinin gəlişini təsvir edir. Onun üzərində hindlilər arasında məşhur naviqator və xəz taciri Uilyam Pynchon dayanır. Göründüyü kimi, süjet ticarət prosesini təsvir edir. Bununla belə, Pynchonun sağında oturan yerli sakinlərdən biri əllərində müasir smartfona bənzəyən qəribə düzbucaqlı obyekt öz əksini tapır.

Ancaq Romanonun yaradıcılığını tədqiq edən sənətşünas və yazıçı Daniel Crown hindlinin əlində adi güzgü tutduğunu bildirib.

Bəzi internet istifadəçiləri rəsm əsərindəki bu qəribə detalın zamanda səyahətin sübutlarından biri hesab edir.

Leyla