Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən, Qurbanov Rüfət Nazim oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.






