"Son bir həftədə 8 içkidən zəhərlənmə faktı baş verib".
''Report'' xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub: ''Onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib''.
AQTA sədri deyib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur: "Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində hazırlıq gedir. Eyni zamanda ailələr də fərdi qaydada bayrama hazırlaşırlar. AQTA olaraq insanlara müraciət edərək bildiririk ki, bu günlərdə hər bir vətəndaş özü də qida istehlakına xüsusi nəzarət etsin''.